Şrift:
“Şəms” Uşaq Kukla Teatrında yeni ilin ilk tamaşası
11.01.2019 [10:23] - Mədəniyyət
Yanvarın 10-da Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin nəzdində yaradılmış “Şəms” teatrı cari ilin ilk tamaşası olaraq “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılını nümayiş etdirib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Şəki şəhər 28 nömrəli Uşaq bağçasında təqdim olunan tamaşa musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərovanın ssenarisi əsasında hazırlanıb. Tamaşada “Xoş gəldiniz teatroya”, “Ana keçinin mahnısı”, “Çəpişin mahnısı”, “Tənbəl”, “Kim sevirsə idmanı”, “Gülüm”, “Yaxşı otur, yaxşı dur”, “Çiyələk”, “Göbələk”, “Keçim”, “Çəkic”, “Əl-ələ”, “Lay-lay”, “Xəzərim” mahnılarından və “Çobanlar”, “Xan çobanı”, “Cəngi” rəqslərinin musiqilərindən istifadə edilib.

Məktəbin müəllimlərinin də iştirak etdiyi tamaşa balacaların alqışları ilə izlənilib və nağıl qəhrəmanları onlara sevincli-fərəhli anlar yaşadıb.

Sonda bağçanın direktoru Mətanət Süleymanova teatrın yaradıcı kollektivinə təşəkkürünü bildirərək bu kimi təqdimatların uşaqların mənəvi həyatının zənginləşməsi və onların musiqi duyumunun yüksəlməsində müstəsna əhəmiyyəti olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 15 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed