Şrift:
Əyyubi sultanı Süleyman Xanın məzarı tapılıb
12.01.2019 [10:42] - Gündəm, Mədəniyyət
Türkiyənin Batman şəhərinin Hasankeyf rayonunda aparılan qazıntılar zamanı Əyyubilər sultanı Süleyman xanın məzarı aşkar edilib.

Anadolu agentliyinin məlumatına görə, qazıntılar zamanı əlavə olaraq altı tarixi məzar da aşkar olunub. Sultan Süleyman xanın məzarı, məzar daşları, sənduqə və çıxarılan skeletlər qoruma altına alındıqdan sonra Martın Artuk Universitetinə göndərilib.

Tədqiqat işlərindən sonra çıxarılan skelet və sənduqə yenidən qaytarılaraq Hasankeyf Muzeyində mühafizə ediləcək.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed