Şrift:
Samur Sərhəd Keçid Məntəqəsində tıxac yaranıb
21.10.2011 [19:08] - Gündəm
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Samur Sərhəd Keçid Məntəqəsində növbə yaranıb. 4 gündür 150-yə yaxın hər növ avtomobillərin növbəsi ilə yaranmış tıxacın səbəbi Rusiya tərəfində yerləşən Məhərrəmkənd Sərhəd Keçid Məntəqəsindəki texniki problemlərlə əlaqələndirilir.
Azərbaycandan Rusiyaya gedən vətəndaşlar 4 gündür ki, qonşu ölkəyə keçməkdə çətinlik çəkirlər. Samur Sərhəd Keçid Məntəqəsində onlarla sərnişin avtobusu, minik və yük maşını növbəyə durub. Azərbaycanın Samur Sərhəd və Gömrük Keçid Məntəqələrindən asanlıqla keçmək mümkün olsa da Rusiyanın Məhərrəmkənd Sərhəd Keçid Məntəqəsində yaranan tıxac növbələrə səbəb olub. Azərbaycanın rayonlarından avtobuslarla qonşu Rusiyaya getmək istəyənlər avtobus sürücüsündən verdikləri yol pullarını geri tələb edirlər.
Samur Gömrük Keçid Məntəqəsindən verilən məlumata görə, sərhəddə yaranan tıxac Rusiyanın Məhərrəmkənd Sərhəd Keçid Məntəqəsində aparılan qeydiyyatla əlaqədardır. Belə ki, Azərbaycanda meyvə mövsümündə sərnişin yerinə yük aparılması ilə əlaqələndirirlər. Yoluna davam etmək istəyənlər avtobusda gecələmək məcburiyyətində qalıblar.Bundan əlavə isə bu ölkəyə qayıdanların sayının artması, sərhəddə əhali sıxlığının əmələ gəlməsi və digər texniki problemlər növbələrin əmələ gəlməsinə səbəb olduğu bildirilir. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qeyd edək ki, gecə səhərə qədər avtobuslarda yatan sərnişinlər geri qayıtmaq məcburiyyətində qalıblar.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed