Şrift:
Güləş üzrə açıq respublika turnirinin ilk gününün qalibləri müəyyənləşib
12.01.2019 [11:26] - Gündəm, İdman
Yanvarın 11-də Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq respublika turniri start götürüb.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edirlər.

İlk yarış günündə 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb.

Yarışda Murad Haqverdiyev (45 kq), Ramiq Heybətov (48 kq), Kənan Heybətov (51kq), Ruslan Şıxıyev (55 kq), Əbülfəz Nəsirov (60 kq) və Cəbrayıl Həsənov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda hesabında Azərbaycan 1-ci, Gürcüstan 2-ci, Rusiya isə 3-cü yeri tutub.

Yarışa yanvarın 12-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed