Şrift:
“Qarabağ” son dörd ildə komandada çıxış edən futbolçusu ilə yollarını ayırıb
14.01.2019 [10:04] - Gündəm, İdman
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Antalyada davam etdirən Ağdamın "Qarabağ" komandası bir futbolçu ilə yollarını ayırıb.

Klubun saytı xəbər verir ki, komandanın yarımmüdafiəçisi Coşqun Diniyev "Sabah"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatacaqdı.

2015-ci ildən komandada çıxış edən Ş.Diniyev 112 matça çıxıb və 5 qolla yadda qalıb.

Qeyd edək ki, bu, Ağdam təmsilçisinin qış fasiləsində müqaviləsinin ləğvinə qərar verdiyi ilk futbolçudur.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed