Şrift:
Çinin xarici ticarəti 9,7 faiz artıb
14.01.2019 [10:06] - Gündəm, İqtisadiyyat
Çinin xarici ticarətinin ümumi məbləği ötən il 30,51 trilyon yuan (təxminən 4,51 trilyon ABŞ dolları) təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 9,7 faiz çox olmaqla yanaşı, ölkə tarixində rekord göstəricidir.

Bu barədə Çin Kommersiya Nazirliyinin və Baş Gömrük Administrasiyasının birgə açıqlamasında bildirilir.

Qeyd edilir ki, ötən il Çinin ixracı 7,1 faiz, idxalı isə 12,9 faiz artıb.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed