Şrift:
Yeniyetmə və gənc karateçilərimiz Qran-Pridə səkkiz medal qazanıblar
14.01.2019 [10:16] - Gündəm, İdman
Karate üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan millisi Xorvatiyanın Samobor şəhərində yanvarın 11-də start götürən 28-ci Qran-Pri turnirində medalların sayını səkkizə çatdırıblar.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən sonra gənc karateçilərimiz komandanın aktivinə daha altı medal əlavə ediblər. 18-20 yaşlılarda Roman Heydərov (kata) qızıl, Murad Hacızadə (+84 kq) gümüş, Müseyib Məmmədov (60 kq), Emil Güləhmədov (+84 kq), eləcə də 16-18 yaşlı gənclər arasında Tural Yaqubov (68 kq) və Mədinə Sadıxova (48 kq) bürünc medal qazanıblar. Yarışların birinci günü isə yeniyetmə karateçilər Hüseyn Məmmədli (57 kq) qızıl, Fidan Dadaşova (47 kq) bürünc medala layiq görülüblər.

Beləliklə, iki yarış günündən sonra yeniyetmə və gənclərdən ibarət komandalarımız iki qızıl, bir gümüş və beş bürünc medal əldə ediblər.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed