Şrift:
Təbrizdə qadın aşıqlarının konserti olacaq
15.01.2019 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı qadın aşıqları Təbriz şəhərində konsert verəcək.

Konsert “İşıq” aşıq musiqisi qrupunun təşəbbüsü ilə “Rövşən” musiqi təlim mərkəzinin “ictimaat” salonunda keçiriləcək.

Azərbaycanlı qadın musiqiçilərdən ibarət olan “İşıq” musiqi qrupu aşıq Çingiz Mehdipurun rəhbərliyi altında fəaliyyət göstərir. Bu qrupda olan qadın sənətkarların əksəriyyəti tanınmış “Dalğa” qrupunda da fəaliyət göstərir.

Konsertdə xanım Xatirə Məhəmmədxanlı, Məsumə Paknəjad, Məryəm Sadiqi, Sena Oruczadə, Səhər Paşavənd, Aytək Mütməin və Dəniz Mütməin öz istedadlarını nümayiş etdirəcəklər.

Konsert yanvarın 18-də qeyd etdiyimiz məkanda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed