Şrift:
"MOBİL İDARƏETMƏ SİSTEMİNƏ KEÇİD, ŞİŞİRDİLMİŞ APARATLARIN LƏĞVİ VACİB ŞƏRTLƏRDİR” - MİLLƏT VƏKİLİ
16.01.2019 [10:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ötən il keçirilən prezident seçkisində aparatların şişirdildiyini və xeyli islahatlara ehtiyac olduğunu bildirmişdim. Hətta təklif etmişdim ki, Nazirlər Kabineti də buraxılsın”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Deputat bildirib ki, bir çox strukturlarda paralellik var idi. O cümlədən yerlərdə icra strukturları ilə bələdiyyələr arasında da paralellik mövcuddur:

"Hesab edirəm ki, bələdiyyələrin səlahiyyətlərini artırmaqla icra strukturlarının yükünü azaltmaq mümkündür. Bu islahat imkan verəcək ki, problemlər lokallaşsın. Bizdə bir problem olanda, həllini mərkəzdən gözləyirlər. Bunu ona görə xüsusi qeyd edirəm ki, Prezidentin apardığı islahatlar da məhz bu istiqamətdədir. Hüquqların və məsuliyyətin bölgüsü, daha çevik və mobil idarəetmə sisteminə keçilməsi, şişirdilmiş aparatların ləğv olunması, paralelliyin aradan qaldırılması vacib şərtlərdir”.

Parlament üzvü islahatların həm də rəqabəti gücləndirəcəyini bildirib:

"İnsanlar başa düşəcəklər ki, əgər onlar normal işləyəcəksə, şəffaf fəaliyyət göstərəcəksə, vəzifədə qalacaqlar və idarə edəcəklər. Yox əgər, bir-birinin üzərinə iş atmaqla məşğul olacaqlarsa, o zaman iş başında qalmaq mümkün olmayacaq. Bu, normal və sivil bir rəqabətə səbəb olan, həm də dövlət büdcəsinə xeyli dərəcədə qənaət edən bir məsələdir. Belə olarsa, vəzifə və huquq bölgüsündə şəffaflıq yaranar. Hesab edirəm ki, islahatlar aktiv şəkildə il ərzində davam etdiriləcək və çevik mərkəzdən idarəetmə sistemi qurulacaq”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed