Şrift:
Səhiyyə Nazirliyi: donuz qripi barədə yayılanlar həqiqətə uyğun deyil
17.01.2019 [10:39] - Gündəm, Sağlıq
Son günlər sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin virusun ölkəmizdə yayılmadığı barədə dəfələrlə epidemioloq, infeksionist və digər mütəxəssislər konkret olaraq bildiriblər.

Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqədardir. Nazirlik bir daha yayılan həmin məlumatların doğru olmadığını bildirir və qeyd edir ki, həqiqətdən uzaq olan həmin məlumatların heç bir əsası yoxdur.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed