Şrift:
Azərbaycanlı müəllim Əhməd Təqəvi müvəqqəti azadlığa buraxılıb
17.01.2019 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2018-ci ilin son günlərində saxlanılan Əhməd Təqəvi 1 milyard riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Zəncan zindanından sərbəst buraxılıb.

Təqaüdə çıxmış müəllim 2018-ci il dekabrın 24-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun 19 gün saxlandıqdan sonra yanvarın 12-də müvəqqəti azadlığa buraxıldığı bildirilir.

Əhməd Təqəvi yaxalandıqdan sonra Əbhərin Ettelaat idarəsi, oradan isə Zəncan zindanına intiqal edilmişdir.

Deyilənlərə görə, azərbaycanlı müəllim 2018-ci il dekabrın 20-də Əbhərdə müəllimlərin keçirdiyi etiraz yığıncağındakı çıxışı ilə əlaqədar saxlanılıb. O çıxışı zamanı inflyasiya, yoxsulluq, müəllimlərin məişət problemləri və etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasına etiraz bildirmişdir.

Xatırladaq ki, 2018-ci il dekabrın 20-də Əbhər Şəhər İcra Hakimiyyəti binasının qarşısında çox sayda təqaüdə çıxmış müəllim etiraz yığıncağı keçirib, yığıncaqda bir çox tələb irəli sürülüb.
Bu xəbər oxucular tərəfindən 240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed