Şrift:
Aşqabadda beynəlxalq səhiyyə konfransı keçiriləcək
19.01.2019 [10:50] - Gündəm, Sağlıq
Türkmənistanın paytaxtı Aşqabadda aprelin 9-10-da Beynəlxalq səhiyyə konfransı keçiriləcək.

"Yoluxmayan xəstəliklərin qarşısının alınması və profikatikası" mövzusunda 2-ci beynəlxalq konfransa 53 ölkədən mütəxəssislərin dəvət edilməsi planlaşdırılır.

Konfransda yoluxmayan xəstəliklərin azaldılması, qarşısının alınması, müxtəlif ölkələrin bu sahədə qabaqcıl təcrübələri və onların tətbiqi imkanları müzakirə ediləcək.

Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin müvafiq qurumlarının, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed