Şrift:
Türkiyə və ABŞ prezidentləri Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə ediblər
21.01.2019 [10:53] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Anadolu agentliyi xəbər verir ki, hər iki ölkənin lideri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. Həmçinin İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə və ABŞ lideri yanvarın 14-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed