Şrift:
Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub
21.01.2019 [11:01] - Gündəm, Hərb
Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində 18 nəfər həlak olub, 27 nəfər yaralanıb. Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xarici KİV-lər xəbər verir ki, hərbçilər bazanın ətrafındakı dörd terrorçudan üçünü zərərsizləşdirə biliblər, dördüncü isə bombanı işə sala bilib.

Terror aktına görə məsuliyyəti “Taliban” silahlı qruplaşması öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed