Şrift:
Binab Universitetində öyrəncilərin könüllü seçdiyi türk dili və ədəbiyyatı dərsliyi ləğv olunub
21.01.2019 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Binab (Bin ev) Universiteti öyrəncilərinin ardıcıl tələbindən sonra tədrisinə başlanılan türk dili və ədəbiyyatı dərslikləri ləğv olunub. Bu dərsliklər məcburi deyil, könüllü olaraq seçən öyrəncilərə tədris olunurdu.

Öyrəncilərin uzun illər mübarizəsindən sonra Binab Universitetində türk dili və ədəbiyyatı fənni iki dərslik şəkilində təhsil ocağına təqdim olunub. Dərsliklərin tədrisinə Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verildikdən və universitetin təlim şurasında təsdiqləndikdən sonra başlanmışdır.

Türk öyrəncilər arasında böyük rəğbətlə qarşılanan dərsliklər son iki semestrdə (term) universitetdə tədris olunub.

Dərsliklərin gözlənilmədən ixtiyari dərsliklər siyahısından çıxarılması çoxlarını təəccübləndirib, universitet məsulları hələlik bu barədə heç bir açıqlama verməyib.

Binab Universitetinin türk öyrənciləri ali təhsil müəssisəsinin Azərbaycana qarşı yönələn qərarına etiraz etməyi planlaşdırır.

Hal-hazırda uzun illər mübarizədən sonra Güney Azərbaycanın bir neçə universitetində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed