Şrift:
Təbriz prokuroru: Abbas Lisani Ərdəbilə intiqal edilib
21.01.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yanvarın 20-də Təbriz prokuroru Musa Xəlilullahi ötən günlərdə Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Abbas Lisaninin Ərdəbilin Ettelaat İdarəsinə intiqal edildiyini bildirib.

Bu barədə məlumat fəalın ailə üzvləri və azərbaycanlı milli-mədəni fəallar Şərqi Azərbaycan Məhkəməsi, Prokurorluq və Təbriz Təbatəbayi Məhkəmə Komplkesinə müraciət etdikdən sonra verilib.

Lisani ailəsi və fəallar müraciət etdiyi zaman Məhkəmə Kompleksində olan şəhər prokuroruna bildirilib ki, Abbas Lisani məhkəmənin prokurorluqdakı şöbəsində saxlanılıb, ona görə də siz bu barədə məlumat verməlisiniz. Prokuror buna cavab olaraq deyib ki, mən ancaq onun Ərdəbilə intiqal edildiyini deyə bilərəm, bundan artıq məndən heç bir söz gözləməyin.

Məlumata görə, fəalın vəziyyəti ilə bağlı müraciət edənlər Təbatəbayi Məhkəmə Kompleksindən çıxarkən şəkilləri təhlükəsizlik qüvvələri çəkilib. Məmurların bu hərəkəti azərbaycanlı fəalların etirazı ilə qarşılanıb.

Bundan əlavə, yanvarın 20-da Lisani ailəsi Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə müraciət edərək Abbas Lisaninin hazırda baxılan dosyesi barədə məlumat almaq istəyiblər. Hakim Ehrari onlara cavab olaraq bildirib ki, artıq qərar çıxarılıb, hökm Abbas Lisani və ya onun vəkilinə təqdim olunacaq.
Tanınmış fəal yanvarın 15-də sözügedən dosyeyə görə məhkəməyə müraciət etmişdir, o məhkəmə iclası bitdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Abbas Lisani 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.
O saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

Tanınmış fəal mülki vəsiqə qarşılığında sərbəst buraxıldıqdan sonra ona Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən bir neçə SMS göndərilib. SMS-lərdə məhkəmə iclasının zamanı, hökmün çıxarılması və onun icrası barədə məlumat verilib. Hökmlə bağlı Lisani ailəsi də məhkəməyə müraciət edib, məlum olub ki, fəal barəsində 10 aylıq həbs qərarı çıxarılıb. Sonralar həbs cəzasının icrasına başlanılıb. Bununla əlaqədar Abbas Lisani yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən təhlükəsizlik qüvvələri tərəfindənm saxlanılaraq Təbriz zindanına aparılıb.

Bundan əvvəl bəyanat yayaraq məhkəmə tərəfindən göndərilən SMS-ləri qanunsuz hesab etdiyinə görə əməl etməyəcəyini bildirən Abbas Lisani, hökm icra olunduğu zaman da məhkəmə prosesinə etiraz bildirib. Fəalın etirazı əsasında həbs hökmünün icrası dayandırılıb. O məhkəmə iclasının vaxtı təyin olunduqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilmişdir.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed