Şrift:
Təbrizin millət vəkili: Özəlləşdirmə Təşkilatının rəisinin ölkədən çıxışına qadağa qoyulub
21.01.2019 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin millət vəkili Əhməd Əlirzabeygi İran Özəlləşdirmə Təşkilatının rəisi Əliəşrəf Abdullapuri Hüseyninin ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Millət vəkili bu barədə yanvarın 20-də “Təsnim” xəbər agentliyinə danışıb. O bildirib ki, Əliəşrəf Abdullapuri Hüseyninin dosyesinə baxan hakim onun ölkədən xaricə çıxışını qadağan edən hökm çıxarıb.

Əhməd Əlirzabeyginin sözlərinə görə, bu barədə qərar bir çox millət vəkilinin ölkənin baş prokuroruna müraciət etdiyindən sonra verilib.

Millət vəkili sözlərinin sonunda dosyeyə qısa müddətdə baxılması və nəticənin məhkəmə tərəfindən açıqlanmasını gözlədiklərini bildirib.

İran parlamentinin bir qrup deputatı Özəlləşdirmə Təşkilatının rəisi Əliəşrəf Abdullapuri Hüseynini dövlət şirkətlərinin özəlləşdirilməsi ilə əlaqədar korrupsiyada ittiham edir. Ərdəbil Ət Sənayesi Kompleksinin Özəlləşdirmə Təşkilatının rəisi tərəfindən alınması onunla bağlı ifşa olunan faktlardan biridir.
Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Əliəşrəf Abdullapuri Hüseyninin istefa verdiyi barədə məlumat yayıldı, lakin bu xəbər qısa müddət sonra təkzib olundu.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed