Şrift:
Azərbaycanlı mədəni fəallar və “Traxtur” tərəfdarları El-gölü parkında qadınlara gül hədiyyə ediblər – Təbrizdə / VİDEO
21.01.2019 [12:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində mədəni fəallar və “Traxtur” komandası tərəfdarları tərəfindən qadınlara gül hədiyyə edilib.

Bu, ötən günlərdə El-gölü parkında bir neçə oğlanın iki qıza hücum edərək onlara qarşı nalayiq hərəkətlər etdikdən sonra baş verib. Fəallar bu vasitə ilə azərbaycanlı qadın və qızlara dəstək verdiklərini və qadın hüquqlarını müdafiə etdiklərini nümayiş etdiriblər.

Xəbər verdiyimiz kimi, ötən günlərdə Təbrizin El-gölü parkında iki gənc qıza qarşı xoşagəlməz hadisə baş verib. Bir neçə oğlan qartopu oynamaq bəhanəsi ilə qızlara hücum edərək etikadan kənar hərəkətlərə yol veriblər.

Təbriz Şəhər Polis İdarəsi hadisə ilə bağlı iki nəfərin saxlandığını bildirib.

Belə hadisələr Təbriz şəhərində çox nadir hallarda baş verir. Oğlanların etikadan kənara hərəkətləri Azərbaycan ictimaiyyətini qəzəbləndirib. Hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed