Şrift:
İsmayıl Bəxşi televiziyada etirafları yayımlandıqdan sonra həbs edilib
22.01.2019 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “Həft Təpə” şəkərqamışı zavodunun işçisi və işçi fəal İsmayıl Bəxşi televiziyada etirafları yayımlandıqdan sonra həbs edilib.

Ondan təqribən 1 gün əvvəl isə digər fəal Sepide Qəliyan saxlanmışdı.

Hər iki şəxs “Həft Təpə” şəkərqamışı zavodunda işçilərin əmək haqlarının verilməməsinə görə keçirilən etiraz aksiyaları zamanı həbs edilmişdi. Onlar girov müqabilində şərti olaraq azadlığa buraxıldıqdan sonra təcridxanada qaldıqları müddət ərzində ETTELAT-ın əməkdaşları tərəfindən işgəncəyə və psixoloji təzyiqlərə, eləcə də təhqirlərə məruz qaldıqlarını demişdilər. Bir müddət əvvəl İsmayıl Bəxşi öz instaqram səhifəsində bu barədə yazaraq, ETTELAT naziri Mahmud Ələvini televiziyada canlı debata çağırmışdı.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed