Şrift:
GünAz TV-dən Milli Hərəkata qarşı təxribat aparanlardan biri barədə Azərbaycan millətinə müraciət – GÖRÜNTÜ
22.01.2019 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar virtual aləmdə məlum qüvvələrin Azərbaycan Milli Hərəkatı və GünAz TV-yə qarşı təxribatları yeni vüsət alıb.

GünAz TV kollektivi inanır ki, əksər hallarda Ettelaat və təhlükəsizlik qüvvələri tərəfindən idarə olunan təxribatçı qrup və şəxslərin kimliyini öyrənərək ictimaiyyətə açıqlanmasına ciddi ehtiyac var.

GünAz TV-yə verilən məlumata görə, şəkili aşağıda göstərilən sözdə ruhani Azərbaycan Milli Hərəkatına yerləşdirilən şəxs və qruplarla sıx əlaqədədir, o Milli Hərəkat və GünAz TV-yə qarşı təxribatçı hərəkətlərin müəyyən hissəsini idarə edir.

GünAz TV əziz Azərbaycan millətinə müraciət edərək xahiş edir ki, bu şəxs barəsində hər hansı məlumat əldə edə bilsəniz, həmin informasiyanı müxtəlif vasitələrlə GünAz TV-yə göndərəsiniz. Məqsəd bu kimi insanların fəaliyyətinin mahiyyətini Azərbaycan ictimaiyyətinə çatdırmaq və bu şəkildə İran rejiminin Azərbaycan Milli Hərəkatına qarşı planlarını zərərsizləşdirməkdir.

GünAz TV-dən Milli Hərəkata qarşı təxribat aparanlardan biri barədə Azərbaycan millətinə müraciət – GÖRÜNTÜ
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed