Şrift:
Məşhur fransalı aktyor vəfat edib
22.01.2019 [10:39] - Gündəm, Bildiriş
Fransanın məşhur aktyoru Fransua Perro 95 yaşında dünyasını dəyişib.

RİA Novosti xəbər verir ki, aktyorun ölüm səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Perro 1924-cü il fevralın 26-da Parisdə anadan olub. Karyerasına 1951-ci ildə Fransa Milli Xalq Teatrının səhnəsində başlayıb. Aktyor yarım əsrdən çox fəaliyyəti ərzində 150-dən çox film və serialda çıxış edib.

O, xüsusilə “Monparnasın sevgililəri”, “Əli çirkli günahsızlar”, “Düşmənimin cənazəsi” və “Nöqsansız reputasiya” kimi filmlərdə çəkilib.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed