Şrift:
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək
22.01.2019 [10:42] - Gündəm, Sosial, Bildiriş
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 25-də Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək.

Komitədən bildiriblər ki, qəbul saat 10:00-da Olimpiya İdman Mərkəzində keçiriləcək. Qəbulda Qobustan rayonu ilə yanaşı, Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105); Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsi: (02026) 5-10-76, (02026) 5-75-06; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi: (02026) 5-01-07, (02024) 5-01-02.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed