Şrift:
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019 [09:18] - Gündəm, Bildiriş
Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.

Duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində və yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində müşahidə edilir. Görmə məsafəsi azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.

Qeyd edək ki, dünən səhər saatlarında da bu ərazilərdə oxşar hava şəraiti hökm sürüb.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed