Şrift:
Musiqi məktəbində Qanlı Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
23.01.2019 [09:19] - Gündəm, Sosial, Gənclik
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Qanlı Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, həmin gün tariximizdə təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Sonra musiqi məktəbinin xor sinfinin ifasında vətənpərvərlik mövzusunda musiqilər ifa edilib.
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed