Şrift:
Yaponiya Müdafiə Nazirliyi Okinavadakı ABŞ bazasının köçürülməsi planına dəyişiklik edəcək
23.01.2019 [09:35] - Gündəm, Hərb
Yaponiya Müdafiə Nazirliyi Okinavada yerləşən ABŞ-a məxsus hərbi bazanın yerinin dəyişdirilməsi ilə əlaqədar planına dəyişikliklər edəcəyini bəyan edib.

NHK telekanalı bildirilir ki, buna əsas kimi həmin ərazidəki torpağın həddindən artıq yumşaq olması göstərilir.

Xatırladaq ki, Yaponiya hökuməti Qinivandakı ABŞ dəniz piyadalarına məxsus Futemma aviabazasını həmin prefekturadakı Naqo şəhərinin Haneko rayonuna köçürməyi planlaşdırır.

Ötən ay Müdafiə Nazirliyi həmin ərazidə torpaq tökmə işlərini bərpa edib. Lakin ərazinin qazma qurğuları vasitəsilə son təhlili buradakı torpağın həddindən artıq yumşaq olduğunu göstərib.

Məsləyə aydınlıq gətirən müdafiə naziri Takeşi İvaya bildirib ki, nazirlik nəticələr barədə son məlumatı aldıqdan sonra tikintinin davam etdirilməsi qaydaları barədə tədbirləri müəyyən edəcək. Ola bilər ki, bundan sonra nazirlik Okinava prefekturasına müraciət edərək yerdəyişmə barədə plana dəyişikliklər aparılmasını xahiş etsin.

Nazir deyib ki, Futemma bazasının yerləşdiyi torpaqların tezliklə geri qaytarılması üçün Okinava əhalisinin dəstəyini qazanmaq məqsədilə yerdəyişmə planının onlar tərəfindən qəbuluna nail olmağa çalışacaq. Lakin prefekturanın hakimiyyət orqanları yerli əhali bazanın yerdəyişməsinin əleyhinə olduğuna görə, bu dəyişikliyi dəstəkləmir.

Okinavanın qubernatoru Denni Tamaki isə torpaq işlərinin qarşısını almaq üçün müxalif partiyalarla birləşməyi planlaşdırır. Bu məqsədlə o, ötən gün “Xalq üçün demokratiya” partiyasının Okinavaya gələn sədri Yuiçiro Tamaki ilə görüşüb.

Qubernator bildirib ki, prefekturanın Haneko rayonunda torpaq işlərinin aparılması barədə qərarı ləğv etməsinə baxmayaraq, mərkəzi hökumət bu qərarı dondurub. Əlavə edib ki, hökumətin xalqın iradəsi əleyhinə gedərək və qanunu təhrif edərək öz siyasətini yeritməyə çalışması suveren dövlət üçün problemlər yaradır.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed