23.01.2019 [09:59] - Gündəm, İdman
İspaniyanın “Real Madrid” futbol klubunun sabiq hücumçusu Kriştiano Ronaldo məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.
Xarici KİV-lər xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu yanvarın 22-si İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində 23 aylıq həbs və 18,7 milyon avro cərimə edilib. Futbolçu ona qarşı irəli sürülən bütün ittihamlarla razılaşıb. İspaniya qanunlarına əsasən cəza müddəti 2 ildən çox olmadığına görə Ronaldo şərti cəza ilə azadlığa buraxılıb.
Qeyd edək ki, portuqaliyalı ulduz 2011-ci ildən 2014-cü ilədək 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunub.
Hücumçu 2018-ci ildən İtaliyanın “Yuventus” klubunda forma geyinir. Ronaldo cari mövsümdə Turin təmsilçisinin heyətində 27-oyun keçirib və 16 qol vurub.

Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |