Şrift:
Türkiyənin şəhid övladları Bakı Velotrekində olublar
23.01.2019 [14:54] - Gündəm, İdman
Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakıda səfərdə olan Türkiyə şəhidlərinin övladları Respublika Velotrekində olublar. Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər.

Türkiyəli şəhid övladları dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped Muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərimizin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed