Şrift:
“Ettelaat Azərbaycan Respublikasına qarşı mövqe birldirməmizi istəyir”- Azərnaycanlı millət vəkili
24.01.2019 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Güney Azərbaycandan olan millət vəkilləri Azərbaycan Respublikası ilə bağlı fikir bildirməkdə çətinlik çəkirlər. Ettelaat Nazirliyi onlardan istəyir ki, Azərbaycana qarşı mövqe bildirsinlər.

Bu barədə Biləsuvar və Parsabad şəhərlərinin millət vəkili Şəkur Purhüseyn yerli jurnalistlərlə səmimi bir söhbət əsansında danışıb.

Millət vəkilinin Teleqram kanalında paylaşdığı bir audioda bir çox önəmli məsələ dilə gətirilib. O yerli jurnalist Əlirza Ərjənginin bölgə əhalisinə Azərbaycanla müştərək sərhəddən yararlanma imkanı verilmədiyi haqda sualı ilə əlaqədar bildirib ki, “bu yaxınlarda Ettelaat Nazirliyi bizə irad tutdu. Dedilər ki, siz nə üçün Azərbaycan məsələləri ilə bağlı mövqe bildirmirsiniz.”

Azərbaycanlı millət vəkili sözlərində İslam Respublikasının sərhədləri fürsət deyil, təhdid olaraq gördüyünü bildirərək bu yanaşmanı tənqid edib.

Onun sözlərinə əsasən, millət vəkilləri İslam Respublikasının Azərbaycanla bağlı siyasətini yaxşı bilmədikləri üçün fikir bildirməkdə tərəddüd edirlər.
Şəkur Purhüseyn bu haqda Ərdəbilin millət vəkili Südeyf Bədri və Təbrizin keçmiş millət vəkili (hazırkı Sənaye, Mədən və Ticarət Naziri) Rza Rəhmani ilə söhbətlərinə işarə edib:
“Cənab Bədri dedi, son vaxtlar Təbrizin millət vəkili Dr. Məsud Pezeşkiyanla Azərbaycan Respublikasına səfər etdik. Türkiyə Parlamentinin sədri də gəlmişdi. O, nitq söylədi və hamı bəh-bəh deyərək alqışladı. Biz cənab Pezeşkiyana dedik ki, dur sən də söhbət et. O dedi ki, mən burada bir söz deyə bilmərəm. Mən bilmirəm ki, İranın Azərbaycanla bağlı siyasəti nədir!”

Millət vəkilinin həmsöhbəti Rza Rəhmani isə bildirib ki, Məsud Pezeşkiyan da çıxış etməli idi.

“Dr. Rza Rəhmani dedi ki, Pezeşkiyan çıxış etməli idi. Həm də türk dilində danışmalıydı ki, onu da alqışlasınlar. Biz də dedik ki, biz [İranın Azərbaycana dair] siyasətinin nə olduğunu bilmirik... İndi deyirlər ki, Azərbaycan İsrail və Amerikaya tərəf gedib. Belə baxanda Ermənistanda da yeni hökümət iş başına gəlib, hansı ki, Amerika ilə əlaqələri yaxşıdır. Biz biraz məngənədə qalmışıq”- deyə Şəkur Purhüseyn iki digər siyasətçi ilə etdiyi söhbəti anladarkən deyib.

Azərbaycanlı millət vəkili İslam Respublikasının sərhədlərə mənfi baxışını tənqid edərək əlavə edib ki, mənim fikrimə görə, biz sərhədlərə fürsət kimi baxa bildiyimiz zaman ondan yararlana bilərik. Lakin hələlik İranda sərhədə təhdid gözü ilə baxılır.

Qeyd edək ki, dövlət tərəfindən Güney Azərbaycan şəhərlərinə sırınan bir çox millət vəkili vaxtaşırı Azərbaycan Respublikasının əleyhinə çıxış ediblər. Lakin onların bir neçəsi dolayı yolla İran rejiminin Azərbaycan Respublikasının əleyhinə olan siyasətini pisləyib. Bu, İran rejiminin Azərbaycana qarşı düşmənçiliyini sübut edən faktlardan biridir.
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed