Şrift:
Nikolas Maduro Venesuelanın ABŞ-dakı bütün diplomatik heyətini geri çağırıb
25.01.2019 [09:16] - Xəbərlər, Siyasət
Venesuelanın ABŞ-dakı bütün diplomatik heyəti geri çağırılıb.

Anadolu Agentliyi xəbər verir ki, Prezident Nikolas Maduro bu barədə qərar imzalayıb.

Bu gün keçirilən mətbuat konfransında ölkənin müdafiə naziri Vladimir Padrinyo Lopes qanuni hakimiyyətə, demokratiyaya, legitim Prezident Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edib. O, bundan əvvəl ordunun Xuan Quaydonu prezident kim tanımadığını bildirmişdi.

Venesuela müxalifətinin lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib. Hazırkı Prezident Nikolas Maduro bunu Vaşinqton tərəfindən təşkil olunmuş dövlət çevrilişi kimi qiymətləndirib və ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirib.

Ölkənin bütün bölgələrini əhatə edən aksiyalar keçirilir, ölən və yaralananlar var.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed