Şrift:
Neil Basu: Razılaşma olmadan Avropa İttifaqından çıxmaq təhlükəsizlik baxımından çox pis nəticələnə bilər
25.01.2019 [10:05] - Gündəm, Siyasət
London Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunan yığıncaqda çıxış edən terrorla mübarizəyə məsul polis nümayəndəsi Neil Basu bildirib ki, Böyük Britaniyanın razılaşma olmadan Avropa İttifaqından çıxması təhlükəsizlik baxımından çox pis nəticələnə bilər. O deyib: “Brexit”lə əlaqədar məni ən çox narahat edən cəmiyyəti qarşı-qarşıya gətirməsidir. Referendum zamanı sağçı və millətçi hərəkat kimi böyüyən qrupların olduğunu gördük. Biz bu qrupların ölkədə uzun ömürlü olmaması üçün çalışırıq”.

Neil Basu, həmçinin “Brexit”dən sonra terror hücumlarında artım riskinə dair məlumat almadıqlarını qeyd edib.

Aynurə Tağıyeva
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed