Şrift:
Çaldıran kəndlərinin yolu bağlandığı üçün müəllim atla özünü məktəbə çatdırıb
25.01.2019 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İşinə məsuliyyətlə yanaşan bir azərbaycanlı müəllim soyuq havada bir neçə kilometrlik yolu atla gedərək özünü məktəbə çatdırıb.

Qərbi Azərbaycan Əyalətinin Çaldıran şəhəri məntəqəsindən yayılan şəkillərdə bölgəyə yağan qar nəticəsində əksər kəndlərin yolunun bağlı olduğu görünür, həmin kəndlərin əhalisi bir çox problemlə üz-üzə qalıb.

Yolu bağlanan kəndlərdən biri də “Məxmur” kəndidir. Məlumata görə, kənd məktəbinin müəllimi özünə məktəbə çatdırmaq üçün bir neçə kilometrlik yolu atla qət edib.

Müəllimin təqdirəlayiq hərəkəti kənd əhalisi tərəfindən yüksək qiymətləndirilib.

Qarlı hava şəraitində Güney Azərbaycanın əksər kəndlərində oxşar vəziyyət yaşanır. Kəndlərarası yol strukturu olmadığından bir az qar yağan kimi yollar bağlanır və kənd əhalisi çoxlu problemlə üzləşir.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed