Şrift:
Rusiya Çinin ən böyük neft tədarükçüsüdür
25.01.2019 [11:08] - Gündəm, İqtisadiyyat
Rusiya 2018-ci ildə də Çinin ən böyük neft tədarükçüsü mövqeyini qoruyub saxlayıb.

Çinin Gömrük İdarəsinin yaydığı məlumatlarla xəbər verir ki, Rusiya ötən il 2017-ci illə müqayisədə 19,7 faiz artımla Çinə ümumilikdə 71,49 milyon ton neft satıb. Səudiyyə Ərəbistanı isə Çinin ən böyük ikinci neft tədarükçüsü olub.

Məlumata görə, dekabr ayında Rusiyadan ölkəyə gündəlik 1 milyon 658 min barrel neft idxal edilib. Son 3 ildə olduğu kimi Səudiyyə Ərəbistanı neft idxalında ikinci olmaqla dekabrda Çinə sutkalıq 1 milyon 640 min barrel neft ixrac edib.

Hesabat ayında İrandan Çinə neft idxalı sutkada 503,8 min barrel təşkil edib, ABŞ-dan isə neft idxal olunmayıb.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed