Şrift:
Braziliyada bəndin uçduğu ərazidə 180-dən çox insan xilas edilib
26.01.2019 [10:13] - Gündəm, Hadisə
Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin dağıldığı ərazidə 182 nəfər xilas edilib. Bu barədə “Globo” telekanalı məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, hadisə yerində 100-dək xilasedici işləyir. Ətrafdakı evlərin sakinləri təxliyə edilib. Orada yaşayan sakinlərin sayı təxminən 1000 nəfərdir.

Əvvəlki məlumatda 150 nəfərin itkin düşdüyü bildirilib. “Hoje em dia” qəzeti azı 50 nəfərin öldüyünü yazıb, ştatın qubernatoru Romeu Zema isə 7 nəfərin həlak olduğunu təsdiqləyib.

Braziliya Prezidenti Jair Bolsonaru “Twitter” səhifəsində baş verənlərdən təəssüfləndiyini yazıb. Ölkənin dağ-mədən və energetika, regional inkişaf və ətraf mühit nazirləri hadisə yerinə gediblər. Müxtəlif strukturların fəaliyyətini əlaqələndirmək üçün qərargah yaradılıb.
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed