Şrift:
Roma yaxınlığındakı “CARA” miqrant qəbulu mərkəzindən xeyli sayda mühacir köçürülüb
26.01.2019 [10:21] - Gündəm, Sosial
İtaliya mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamı təxminən 30-dək miqrantın başqa sığınacaq mərkəzlərinə köçürülməsindən sonra Roma yaxınlığındakı Kastelnuovo-di-Porto şəhərciyində yerləşən “CARA” (Il Cara di Castelnuovo) miqrant qəbulu mərkəzindən sığınacaq axtaranların köçürülməsi davam edib.

ANSA agentliyi xəbər verir ki, ölkənin ikinci ən böyük miqrant qəbulu mərkəzinin bu ayın sonunda bağlanma təhlükəsi səbəbindən daha 75 nəfər şəhərətrafı sığınacaq mərkəzlərınə köçürülüb.

İtaliyanın “Azad və bərabər” (Leu) sol qrupunun deputatı Rossella Muroninin “CARA” mərkəzində miqrant aparan avtobusun qarşısında duraraq onun hərəkətini müvəqqəti dayandırması, sığınacaq ətrafında toplaşan kütlə tərəfindən rəğbətlə qarşılanıb.

Asiman Əsədov
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed