Şrift:
Astanada beynəlxalq turizm sərgisi keçiriləcək
26.01.2019 [10:22] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstanın Astana şəhəri Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) “Travel Mart” beynəlxalq turizm sərgisini keçirmək hüququnu qazanıb.

Sərgi sentyabrında 18-20-də Qazaxıstanın Mədəniyyət və Turizm Nazirliyinin, Astana şəhər akimliyinin nəzdindəki “Kazakh Tourism” SC-nin təşkilatçılığı ilə keçiriləcək.

Assosiasiyaya üzv ölkələrdən 1200 nümayəndənin iştirak edəcəyi sərgi görüşlər, fikir mübadiləsinin aparılması və təkliflər irəli sürülməsi üçün mərkəzi platformaya çevriləcək. Tədbir iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflər verəcəklər.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed