Şrift:
Braziliyada bəndin uçması nəticəsində azı 50 nəfər ölüb
26.01.2019 [10:24] - Gündəm, Hadisə
Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində azı 50 nəfər ölüb. Bu barədə "Hoje em dia" qəzeti məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, Minas-Jerays ştatının qubernatoru Romeu Zema “Globo” telekanalına məlumatında həlak olanlardan 7-sinin cəsədinin tapıldığını bildirib. Əlavə edib ki, ölənlərin cəsədini tapmaq şansı azdır.

Son məlumata görə, bəndin uçması nəticəsində 150 nəfərin taleyi məlum deyil. Bundan əvvəl 200 nəfərin itkin düşdüyü bildirilmişdi.

Ətrafda yaşayan evlərdə insanlar təxliyə edilib. Uçan bənd “Vale” dağ-mədən şirkətinə aid olub.

Braziliya Prezidenti Jair Bolsonaru “Twitter” səhifəsində yazıb ki, ölkənin dağ-mədən və energetika, regional inkişaf və ətraf mühit nazirləri hadisə yerinə gediblər. Müxtəlif strukturların fəaliyyətini əlaqələndirmək üçün qərargah yaradılıb.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed