26.01.2019 [10:32] - Gündəm, İdman
Futbol üzrə Türkiyə Superliqasında XIX tura start verilib.
Bu turun ilk matçında turnir cədvəlində altıncı pillədə qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Vodafon Park” stadionunda “Ərzurumspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb.
Matçda ev sahiblərinin yarımmüdafiəçisi Dorukhan Tokoz əvvəlcə 69-cu dəqiqədə topu öz komandasının, bundan 10 dəqiqə sonra isə rəqibin qapısından keçirib.
Bu heç-heçəyə baxmayaraq, hesabındakı xallarının sayını 30-a çatdıran Şenol Günəşin komandası turnir cədvəlində dördüncü sıraya yüksəlib. Qarşılaşmada oyunun baş hakimi komandaların futbolçularına 8 sarı vərəqə göstərib. Səksən yeddinci dəqiqədə isə İstanbul təmsilçisinin oyunçusu Rikardo Kvarejma kobud oyuna görə birbaşa qırmızı kartla cəzalandırılıb.
Yanvarın 26-da “Qalatasaray” səfərdə “Göztəpə”, “Kayseripor” öz meydanında “Bursaspor”la görüşəcək.
Türkiyə çempionatında 38 xalla “Başakşəhər” komandası hazırda vahid liderdir. Hesablarında 32 xalı olan “Qalatasaray” və “Yeni Malatyaspor” turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşürlər.

Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |