Şrift:
Tehran prokuroru ətraf mühit fəallarının məhkəməsinin tezliklə keçiriləcəyini deyib
26.01.2019 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın prokuroru Abbas Cəfər Dövlətabadi müvəqqəti saxlama təcridxanasında saxlanılan 8 ətraf mühit fəalının məhkəməsinin tezliklə keçiriləcəyini deyib.

Onun sözlərinə görə, məhkəmə gələn ay keçiriləcək.

Xatırladaq ki, son aylar ərzində bir çox iranlı rəsmi bu fəalların məhkəmələrinin tezliklə baş tutacağını desələr də, məlum olmayan səbəblərdən məhkəmə prosesi hələ ki, baş tutmur. “Casusluq”da ittiham edilərək, “Sepah”ın Kəşfiyyat İdarəsi tərəfindən həbs edilən bu fəallar artıq bir ildir ki, müvəqqəti saxlanma təcridxanasındadırlar. Beynəlxalq təşkilatlar və digər fəallar bu ittihamın əsassız olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed