Şrift:
İranda baş verən silahlı hücumda hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı qətlə yetirilib
26.01.2019 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Xuzistan əyalətinin Xomeyni Limanı şəhərində naməlum şəxslərin polis avtomobilinə qarşı silahlı hücumunda yerli hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı qətlə yetirilib. Bu barədə Mahşəhr şəhərinin fərmandarı Möhsün Biranvənd jurnalistlərə açıqlama verib.

O bildirib ki, hadisə yanvarın 25-dən 26-sına keçən gecə baş verib: “Naməlum bir avtomobil sərnişinləri şəhərin Sərbəndər məntəqəsinin Səduqi küçəsində reyd keçirən polis avtomobilinə yaxınlaşaraq, odlu silahlardan bir neçə dəfə atəş açıblar. Nəticəsində, yerli hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı yerindəcə qətlə yetirilib. Öldürülənlərdən biri əsgərdir. Hesab edirik ki, hücum terrorçu qruplaşmalar və ya onların amilləri tərəfindən həyata keçirilib. Hücumçuların yaxalanması üçün bölgədə geniş axtarış əməliyyatına başlanılıb”.

Möhsün Biranvənd, silahlı hücumda qətlə yetirilən polis əməkdaşlarının adlarını açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed