Şrift:
Yəməndə mülki şəxslərə hücum: 8 ölü, 30 yaralı
28.01.2019 [09:44] - Gündəm, Hadisə
Yəməndə Harad şəhərinin bombardman edilməsi nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Anadolu agentliyi xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Lise Grande məlumat verib.

Lise Grande hücumun hansı silahlı birləşmə tərəfindən təşkil edildiyini bildirməyib. O deyib: “Hücum şok, dəhşətli və mənasızdır. Dinc insanların yaşadığı bölgələrə hücum vicdanını itirənlərin işidir. Bu vəziyyət beynəlxalq insan hüquqlarının açıq şəkildə pozuntusudur”.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed