Şrift:
İngiltərə kuboku: “Tottenhem” mübarizəni dayandırıb
28.01.2019 [09:47] - Gündəm, İdman
Yanvarın 27-də İngiltərə kubokunun onaltıdabir final mərhələsinin görüşləri keçirilib.

Mərhələnin gözlənilməz hesabı “Selhurst Park” stadionunda qeydə alınıb. “Kristal Palas” “Tottenhem” klubu ilə üz-üzə gəlib. Görüş “Kristal Palas”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib tərəfin heyətində Konor Vicham (9) və Andros Tovnsend (34) fərqləniblər. Bu məğlubiyyətdən sonra “Tottenhem” klubu İngiltərə kubokunda mübarizəni dayandırıb.

Səkkizdəbir final mərhələsinə digər vəsiqəni “Çelsi” klubu qazanıb. Paytaxt təmsilçisi “Şeffild Uensdey”i böyük hesabla məğlub edib – 3:0. Maurisio Sarinin yetirmələrin heyətində Villian (26,83 - penalti) və Hadson-Odoi (64) fərqləniblər.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed