Şrift:
Yaponiyada 2020-ci ilin iyulunda “Şinkansen” qatarlarının yeni modelinin xəttə buraxılması planlaşdırılır
28.01.2019 [09:59] - Xəbərlər, Sosial
“Tokio-2020” Olimpiya və Paralimpiya oyunları ərəfəsində “Şinkansen” ekspress qatarlarının yeni modelinin istismara verilməsi nəzərdə tutulur.

NHK telekanalı xəbər verir ki, “N700S” adlandırılan yeni modelin sınaqlarına ötən il başlanıb.

Yeni ekspresin korpusu hazırda istifadə edilən “Şinkansen”lərin müasirləşdirilmiş variantıdır və onun havaya qarşı müqaviməti aşağı salınıb.

Zəlzələ və ya digər təbii fəlakətin baş verəcəyi və dəmir yoluna elektrik enerjisinin verilişinin kəsiləcəyi təqdirdə, yeni model qatar malik olduğu litium-ion batareyaları ilə hərəkət edəcək. Bu sistem super ekspreslərdə ilk dəfə istifadə olunacaq.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed