Şrift:
İsrail də Venesuela müxalifətinin liderini tanıdı
28.01.2019 [10:18] - Xəbərlər, Siyasət
İsrailin baş naziri Binyamin Netanyahu Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkəsinin yeni başçısı kimi tanıdığını bəyan edib.

“Ria Novosti” xəbər verir ki, Venesuela müxalifətini dəstəkləyən İsrail bununla da ABŞ, Kanada və digər ölkələrə qoşulduğunu bildirib.

Netanyahunun sözlərinə görə, bu gün İsrail ABŞ, Kanada, Latın Amerikası və Avropa ölkələrinə qoşularaq, Venesuelanın yeni liderini tanıyıb.
Venesuelanın müxalifət lideri – parlamentin spikeri Xuan Quaydo bir neçə gün öncə ölkədə keçirilən kütləvi etiraz aksiyalarının fonunda prezident vəzifəsini öz üzərinə götürdüyünü bəyan edib.


Hazırkı dövlət başçısı Nikolas Maduro isə xalqın etirazına baxmayaraq, hakimiyyətdən getməyəcəyini bildirib.
Hazırda ölkədə fakitiki ikihakimiyyətlikdir.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed