Şrift:
Gənclər gününə həsr edilmiş sərgi açılacaq
28.01.2019 [10:48] - Xəbərlər, Gənclik, Bildiriş
Fevralın 5-də "Leyla Khazari Art Gallery"də gənclər gününə həsr olunmuş "Axın" adlı rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

Sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir layihələrində iştirakını dəstəkləmək məqsədilə həyata keçirilir. Sərgidə 30-dan çox gənc rəssamın 50-ə yaxın rəsm əsəri sərgilənəcək. Bundan başqa gənc rəssamlara dəstək məqsədilə rəsm əsərlərinin satışı da təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed