Şrift:
Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib
29.01.2019 [10:04] - İqtisadiyyat
“Fitch Ratings” və “Standard and Poor's” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib.

Reytinq agentliklərinin yaydığı məlumatda bildirilir ki, “Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.

“Standard and Poor's” isə ölkəmizin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+”, yaxınmüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “sabit” saxlayıb.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed