Şrift:
Hacı Zeynalabdin Tağıyev İnstitutu
30.01.2019 [09:32] - Gündəm, DAVAMın yazıları
Biz Hacı Zeynalabdin Tağıyevin həyatını dərindən,
sistemli şəkildə öyrənməliyik.
H.Z.Tağıyev nəsillərə nümunə olan şəxsiyyətdir.
Ölkəmizdə bu məqsədlə
HACI ZEYNALABDİN TAĞIYEV İNSTİTUNUN
yaradılmasına böyük ehtiyac var.
H.Z.Tağıyevin həyatının öyrəniləsi həmişə diqqət mərkəzində
olub. Çoxlu dəyərli və əzəmətli işlər görülüb.
Mən fəxr edirəm
ki,bu sahədə mənim də müəyyən xidmətlərim var.Bunların
işıqlandırılmasında və dünya allimlərinə çatdırılmasında tarix
üzrə fəlsəfə doktoru hörmətli Fərad Cabbarovun himayədarlığını
həmişə qiymətləndirirəm.
H.Z.Tağıyev irsinin öyrənilməsi yönündəki işlərin sayının və
həcminin artırılması,
əhatə dairəsinin daha da genişləndirilməsi günümüzün əsas
vəzifələrindən biri olmalıdır.Bu məqsədlə
tarixi mənbələr dərindən araşdırılmalı,elm üçün əsas şərtlərdən
biri olan sənədlərin öyrənilməsinə ciddi əhəmiyyət verilməlidir.

Yaradılacaq instituta rus və Avropa dilləri ilə yanaşı,ərəb əlifbalı
yazıları yaxşı oxumağı bacaran tanınmış şərqşünasların
dəvət olunması da məsləhətdir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

28.01.2019
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed