Şrift:
Formula 1-in tarixində ilk dəfə olaraq yeni mövsüm açılış mərasimindən başlayacaq
31.01.2019 [10:06] - Gündəm, İdman
2019-cu il martın 15-dən 17-dək Melburnda Formula 1 yarışmasının yeni mövsümünün birinci mərhələsi – Avstraliya Qran-Prisi keçiriləcək. Bundan bir az əvvəl, martın 13-də çempionatın tarixində ilk dəfə olaraq həmin şəhərdə açılış mərasimi təşkil ediləcək. Mərasimdə hazırda fəaliyyət göstərən bütün pilotlar, komandaların rəhbərləri, həmçinin ötən illərin “ulduzlar”ı iştirak edəcəklər.

Açılış mərasimi sosial şəbəkələr vasitəsilə yayımlanacaq.

“1996-cı ildən bir-iki hal istisna olmaqla, Formula 1 yarışmasının yeni mövsümü məhz bu fantastik şəhərdə başlayır. Çempionatın startı üçün bura ən münasib məkandır. Yerli azarkeşlərin böyük həvəsi, məlumatlılığı və ruh yüksəkliyi ayrıca təşəkkürə layiqdir. Məhz bu səbəbdən çempionatın tarixində ilk dəfə olaraq mövsümün açılış mərasimini Melburnda təşkil etmək qərarına gəldik. Biz azarkeşlərimiz üçün belə bir tədbiri keçirməyimizə çox şadıq”, - deyə yarışmanın mətbuat xidməti Formula 1-in kommersiya direktoru Şon Bratçesdən sitat gətirir.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed