Şrift:
Bu gün də belə keçdi....
01.02.2019 [09:39] - Gündəm, DAVAMın yazıları
Bu Dünya- Şirin Dünya,

Quyusu dərin dünya.

Bu gün də belə keçdi,

Yaxşıya kərim dünya.


(Yada düşür yetmiş yaşlı yaşıdlarım)



***
Dünyada hər kəsin vardır öz yeri,

İşıqlı dünyada çaşanlar azdır.

Çaşana yerini göstərir dünya,

Dünya bu cəhətdən düzdür, tarazdır.

***

Tələsən insanlar təndirə düşür,

Kimisi cələyə, kəndirə düşür,

Əyrilər son vaxtlar yaman sürüşür,

Baxmır ki, bu, Kürdür,yoxsa Arazdır.

***

Topuq məsələsi burda anılmır,

Doğru söz deyəndə insan yanılmır.

Qanmayan, görəsən, niyə yonulmur?

Bəlkə elə bilir toxunulmazdır.

***

Mənim yaşıdlarım gedirlər, haray...

Bəd xəbər səslənir,hər həftə, hər ay...

Niyə vaxtsız -vaxtsız sökülür saray

Bu necə oyundur, bu necə bazdır?

***

Əvvəllər qorxurdum otuz yeddidən,

İndi qırx yeddiyə yaxın getmirəm.

Fikrimdə dolanır bu fikir hər dəm:

"Ah. Dünya necə də bir oyunbazdır".

***

70-in yanından sıfrı silən yox,

Sabahkı gününü dəqiq bilən yox.

Nə qədər tutsa da özünü mərd,tox,

Dünya kimə qışdır, kiməsə yazdır.

***

Yazın bu sözümü, tarixə yazın,

Mənasız bir həyat mənə nə lazım?

Əgər eşidilir səsim, avazım,

Deməli, sağam mən, əhvalım sazdır....

"Dünya beş günlükdür"-fikrini azdır....



Nazin Nəsrəddinov.


Bakı. 31.01.2019.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed