Şrift:
Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıyıb
01.02.2019 [10:47] - Gündəm, Siyasət
Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.
439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər neytral qalıb.
"Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quayondonu Venesuelanın qanuni Prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə iclasda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.
Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü Prezident elan edib.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed