Şrift:
Azərbaycan futbol klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb
01.02.2019 [11:14] - İdman
Azərbaycan futbol klublarının 2018-ci ildə transferlərə xərclədikləri və qazandıqları məbləğ açıqlanıb.

Klublarımız transferlərə 2,1 milyon dollar xərcləyiblər. Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon dollarla (ötən illə müqayisədə 20,5 faiz çox) İngiltərə klubları başçılıq edir. İspaniya klubları 1 milyard 352,5 milyon dollarla (85,2 faiz çox) ikinci, İtaliya isə 848,9 milyon dollarla (29.8 faiz çox) üçüncü pillədə qərarlaşıblar.

Klublarımızın transfer gəlirləri isə 1,4 milyon dollar təşkil edib. Ölkəmiz bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada 936,3 milyon dollarla Fransa (45.4 faiz çox), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7 faiz çox), üçüncü yerdə isə 908 milyon dollarla İspaniya (8 faiz çox) qərarlaşıb.

Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6 faiz azalıb, gəlirləri isə 95,7 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed